20 Yanvar, Cümə

MİSSİYAMIZ

Dünyada sülhün qorunması və davamlılığı insanların qarşılıqlı anlaşmasından asılıdır. Bugünki dünya nizamında və rəqəmsal dövrdə fərdlər ətraflarında baş verən hadisələrin obyektiv təhlilinə maraq göstərirlər. Buna görə də, müntəzəm əsaslarla zamanında və obyektiv informasiyaların verilməsi vasitəsi ilə insanlar arasında anlayış yaradılması – mediyanın başlıca məqsədlərindəndir.

Jurnalist bu cür fəaliyyətlərini həyata keçirməklə insanlar arasında qarşılıqlı anlaşmanın güclənməsi, ictimaiyyətdə müasir düşüncənin formalaşmasında, yüksək akademik dəyərlərin və elmin inkişafında birbaşa iştirak edir.

Biz öz oxucularımızla mövcud münaqişə və mübahisələrlə bağlı dünyanın qabaqcıl liderlərinin, akademiklərinin, vətəndaş cəmiyyəti liderləri və görkəmli şəxsiyyətlərinin ekspert rəylərini bölüşəcəyik.