20 Yanvar, Cümə


Malidə Alman ordusu yerləşəcək

Dünya

A- A A+
"Eurasia Diary"nin Channel News Asia-ya istinadən verdiyi məlumata görə,  Almaniya höküməti BMT-nin sülhməramlı qüvvələri daxilində Malidə hərbi texnikasını,  eləcədə əlavə olaraq  350 nəfərdən ibarət  ordusunun yerləşdirilməsi barədə qərarı təsdiqləyib.
 
Malidə Hollandiya hərbi ləvazimatının Almaniyanınkı ilə əvəzlənməsi nəzərdə tutulur. 
 
Almaniya BMT-nin missiyasında öz fəaliyyətini gücləndirmək üçün əsgərlərini 1000 nəfərə qədər artırmaq niyyətindədir. 
 
Lakin Malidə əlavə ordu qüvvələrinin yerləşdirilməsi Almaniya parlamenti tərəfindən mütləq təsdiq olunmalıdır. 
 
Xatırladaq ki,  Almaniya höküməti Şimali İraqda ordusunun missiyasının artırılmasını təsdiq etmişdi. 150 nəfərdən ibarət Alman ordusu Kürd döyüşçülərinə İŞİD terror təşkilatı ilə vuruşmaq üçün təlimlər keçirlər. 
 

Yunis Abdullayev

 
 

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaAz


loading...