20 Yanvar, Cümə


ABŞ ordusu Polşaya doğru irəliləyir

Dünya

A- A A+
"Eurasia Diary"nin BBC-yə istinadən verdiyi məlumata görə, ABŞ tankları və zirehli maşınları, 3000-dən çox əsgər ilə birlikdə  Polşaya daxil olmağa başlayıb. 
 
ABŞ-ın bu  hərbi missiyası Donald Trampın andiçmə mərasimdən qabaq baş verir. 
 
Bu son on ildə Avropada ABŞ-ın yerləşən ən böyük ordusudur. 
 
ABŞ-ın 80-dan çox tankı və 100 zirehli maşını artıq  Almaniyaya daxil olub və magistral yollar və dəmir yolları vasitəsilə Şərqi Avropaya doğru irəliləyir. 
 
ABŞ-ın zirehli briqadası Baltikyanı ölkələrdə hərbi təlimlər yerinə yetirəcəyi nəzərdə tutulur.    
 
 ABŞ-ın Şərqi Avropada və Baltikyanı ölkələrdə hərbi texnikasını və qüvvələrini artırmasının səbəbi Barak Obama administrasiyasının Rusiyanın Ukraynaya müdaxiləsinə cavab və NATO-dakı mütəffiqlərini tək qoymamaqdır. 
 
BBC-nin müdafiə üzrə müxbiri Jonahtan Beale tərəfindən verilən məruzəyə əsasən, Donald Tramp administrasiyasının bu hərbi missiyanı davam etdirəcəyi suallar doğurur. 

Yunis Abdullayev

 

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaAz


loading...